Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib Bakı. 10 avqust. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edib.
Daxili siyasət
10 Avqust , 2018 13:19
Səhiyyə naziri Ucarda vətəndaşları qəbul edib

Bakı. 10 avqust. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Ucar Rayon Mərkəzi Xəstəxanasında Ucar, Göyçay Kürdəmir, Ağsu rayon sakinlərini qəbul edib.

Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi