Yuxarı

Səfir: “Türk dünyası var olduqca Heydər Əliyev şəxsiyyəti yaşayacaq”

​Səfir: “Türk dünyası var olduqca Heydər Əliyev şəxsiyyəti yaşayacaq”

“Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin ucalığı, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyası, həyata keçirdiyi layihələr təkcə Azərbaycan və Türkiyə üçün deyil, Avrasiyanı əhatə edən böyük bir coğrafiyada ölkələrin inkişafına və xalqların rifahına xidmət edib. Bu gün onun miras qoyduğu Azərbaycan Respublikasının hər bir vətəndaşı dünyanın hansı yerində olmasından asılı olmayaq, ulu öndərin əziz xatirəsini yad etməkdədir”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Səfir bildirib ki, paytaxt Ankara başda olmaqla, Türkiyənin bir çox şəhərlərində ümumilli liderin vəfatının 16-cı ildönümündə anılmaqdadır: “Tarixin yetişdirdiyi böyük şəxsiyyətlər ölümsüzdür. Bunun ən gözəl sübutu ümumimilli lider Heydər Əliyevdir. Onun qurduğu dövlət Azərbaycan xalqına əmanətdir. Bu əmanətin qorunması Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyət daşıyır. Bu gün türk xalqı onu vəfatının ildönümündə bizimlə eyni hüznü paylaşır”.

Səfir Heydər Əliyevin Azərbaycanın xarici diplomatiyası üçün əməyindən də söz açıb: “Heydər Əliyev eyni zamanda Azərbaycanın diplomatiyası, xarici siyasəti üçün dərin izlər qoyub, böyük işlər görüb. Bu gün biz də onun fəaliyyətindən bəhrələnirik. Bölgədə və qlobal səviyyədə görüşlərimizdə də, dünyanın aparıcı diplomatları onun tarixi sözlərini paylaşıb, fəaliyyətləri haqqında danışırlar. Eyni zamanda bizlərin yetişməsində onun böyük rolu olub. Mən Azərbaycanın Xarici İşlər Nazirliyində gələndə onunla qarşılaşdığım zamanlar Heydər Əliyevin nə qədər böyük və güclü bir şəxsiyyət olduğunun şahidi olmuşam. Türk xalqı, türk dünyası var olduqca Heydər Əliyev şəxsiyyəti yaşayacaq və var olacaq”.

Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi