Yuxarı

Samuxun icra başçısı ordenlə təltif edilib

Samuxun icra başçısı ordenlə təltif edilib
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Bakı. 26 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, A.Qocayev 2012-ci ildən indiyədək Samux Rayon İcra Hakimiyyətinin başçısı vəsifəsində çalışır. Sabah onun 70 yaşı tamam olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi