Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb - ƏLAVƏ OLUNUB

Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb - ƏLAVƏ OLUNUB Son abzas əlavə olunub
Daxili siyasət
8 Yanvar , 2019 16:54
Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb - ƏLAVƏ OLUNUB

Son abzas əlavə olunub

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakının 4 rayonunun polis rəisləri işdən çıxarılıb.

"Report"un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad ediliblər.

***

Daxili İşlər Nazirliyinini mətbuat xidmətindən "Report"a belə bir əmrin imzalanmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi