Yuxarı

Ağcabədidə Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına dəstək məqsədilə yürüş-mitinq keçirilib

“Qarabağ Azərbaycandır və nida işarəsi” mesajına dəstək məqsədilə yürü

Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə və oktyabrın 3-də Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına həmrəylik məqsədilə festival keçirilib.

"Report"un xəbərinə görə, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri və gənclər olmaqla 3500 nəfərdən artıq insan iştirak edib. Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.

Festival iştirakçıları 50 dəqiqə müddətində kompleksin ərazisində vətənpərvərlik mahnılarının sədaları altında əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları ilə yürüş edib, “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər.

Festival zamanı mini futbol, voleybol, sürətli şahmat, kəndirdartma idman növləri üzrə oyunlar və şərq idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Tədbirə rayon məktəblərinin “Şahin” hərbi idman oyunlarında iştirak edən komandaları da qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi