"Qaçqınkom"un daha bir şöbə müdiri işdən çıxarılıb

"Qaçqınkom"un daha bir şöbə müdiri işdən çıxarılıb Yeni təyinat olub
Daxili siyasət
18 May , 2018 15:47
Qaçqınkomun daha bir şöbə müdiri işdən çıxarılıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi / Report.az

Bakı. 18 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") daha bir şöbə müdiri işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, "Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.

Son xəbərlər

Orphus sistemi