Yuxarı

Prezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi müddəti sabah başa çatır

Prezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi müddəti sabah başa çatır
Sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Prezidentliyinə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti sabah - martın 12-də başa çatacaq.

“Report” xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən аzı 30 gün (12 mart) qalanadək saat 18.00-dək MSK-ya təqdim olunmalıdır.

Xatırladaq ki, MSK indiyədək 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi