Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın mətbuat orqanlarının rəhbərləri Prezident
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Report"a deyib ki, Prezident İlham Əliyevin son zamanlar atdığı addımlar onun Azərbaycanı böyük bir dəyişikliyə hazırladığını və apardığını göstərir: “Prezidentin yerli mediaya müsahibə verməsi və müsahibəsində ictimaiyyətə verdiyi mesajlar da onun bu niyyətindən xəbər verir. Azərbaycanda islahatların yeni bir mərhələsi başlayıb. Kadr təyinatları ilə bağlı aparılan siyasi xətt onu göstərir ki, iqtidar cəmiyyətə açıq, yaxın olmağa çalışır. Bu prosesin də lokomativi Prezident İlham Əliyevin özüdür. Prezidentin bir müddət öncə şəhid ailələri ilə görüşü, göstərdiyi münasibət, Şamaxıda zəlzələdən zərərçəkən insanlarla rəftarı təkcə siyasəti deyil, insanın nəzakətli olmasını göstərir. Dövlət başçısı müsahibəsində də hər kəsi düşündürən məsələlərə toxundu.
Hesab edirəm ki, bu, davamlı olacaq. Ümid edirəm ki, Prezident İlham Əliyev vaxtilə
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid "Report"a açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyevin ölkə mediasına münasibəti həmişə müsbət olub: “2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmasını, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atılan addımları qeyd edə bilərik. Belə faktlar çoxdur. Prezident jurnalistlərlə görüşündə fikirlərini bildirib, müstəqil mətbuata dəstək olacağını vurğulayıb. Dövlət başçısı dəfələrlə qeyd edib ki, güclü mətbuat ölkənin güclü olmasının təməl şərtlərindən biridir. Prezident Real TV-yə müsahibəsində bildirdi ki, çıxışları hesabat xarakterli olduğundan yerli mediaya müsahibələriləri az verir. İlham Əliyev Azərbaycan mediasına ilk geniş müsahibəsini 1998-ci ilin oktyabr ayında “525-ci” qəzetə verib. Başlığı da “Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır” olub. Həmin müsahibə böyük rezonans doğurmuşdu. Düşünürəm ki, cənab Prezident həmişə olduğu kimi bundan sonra da mətbuatın yanında olacaq, dəstək verəcək”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də Prezident İlham Əliyevin yerli mediaya müsahibə verməsini müsbət qiymətləndirib.
O "Report"a deyib ki, Prezident mediaya həmişə diqqət və qayğı göstərib: “Prezident İlham Əliyev Real TV-yə müsahibəsində ölkənin daxili və xarici siyasəti bağlı, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxundu. İndiyə qədər ölkə mediası ilə Prezident İlham Əliyev arasında münasibətlərdə hər hansı boşluq olmayıb. Dövlət başçısının media nümayəndələri ilə mütəmadi görüşləri olub. Ölkə jurnalistlərinə mənzil verilməsi mərasimlərində çıxış edib, fikirlərini bildirib. Cənab İlham Əliyev müsahibəsində qeyd etdi ki, idarəçilik sistemində yerli mediaya istinad edir. Bu, mediaya göstərilən diqqətin təzahürüdür. Prezident Real TV-yə müsahibə verməsəydi belə, onun media ilə münasibətlərini qənaətbəxş sayırıq”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev
Xatırladaq ki, fevralın 12-də Prezident İlham Əliyev Real TV-yə müsahibə verib.