Prezidentin köməkçisi Gəncənin yeni icra başçısını kollektivə təqdim edib

Prezidentin köməkçisi Gəncənin yeni icra başçısını kollektivə təqdim edib Gəncə. 28 avqust. REPORT.AZ/ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Müzəffər oğlu Bayramov kollektivə təqdim olunub.
Daxili siyasət
29 Avqust , 2018 12:13
Prezidentin köməkçisi Gəncənin yeni icra başçısını kollektivə təqdim edib
0 : 00
0 : 00

Gəncə. 28 avqust. REPORT.AZ/ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Müzəffər oğlu Bayramov kollektivə təqdim olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, N.Bayramovu kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin kollektivi, Gəncənin millət vəkilləri, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, Niyazi Müzəffər oğlu Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi,1997-2001-ci illərdə Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi işləyib. 2012-2018-ci illərdə isə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı olub.

Azərbaycan Respublikası Prezidentinin 28.08.2018-ci il tarixli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır

Ailəlidir, iki övladı var.

Son xəbərlər

Orphus sistemi