Yuxarı

Prezidentin köməkçisi: “Bəzən filmlərin dublyajında dövlət dili ilə bağlı nöqsanlar olur”

Prezidentin köməkçisi: “Bəzən filmlərin dublyajında dövlət dili ilə bağlı nöqsanlar olur”
“Küçə və meydanlarda reklamlarda adi qrammatik qaydalara riayət olunmur”
© Report/ Orkhan Azim — Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Hər bir xalqın dili onun zəngin sərvətidir. Dil xalqın özünüqoruma instiktini gücləndirir. Milləti təsdiq edən onun ana dilidir. Azərbaycan dili dövlət atributlarından biridir, sosial mənəvi dayağıdır. Dil nə qədər saf və zəngin olarsa, milli varlığımız o qədər sarsılmaz olar. Dövlət dili respublikada bərqərar olub. Bu da Azərbaycançılıq məfkurəsinə çatmağa imkan verib. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə -1978-ci ildə təzyiqlərə baxmayaraq Azərbaycan dili dövlət dili oldu”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan müstəqil olduqdan sonra ana dili ilə bağlı mühüm addımlar atılıb: “Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilib. Müasir dövrdə texnologiyanın insanlar tərəfindən mənsənilməsi dövlət dilini təkmilləşdirməklə yanaş,ı mənfiliklər də gətirib. Təəssüflər olsun ki, bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulur. Filmlərin dublyajında da nöqsanlar olur, küçə reklamlarında da bu cür hallar mövcuddur. Küçə və meydanlarda reklamlarda adi qrammatik qaydalara riayət olunmur. Milli Televiziya və Radio Şurasının televiziyalarda dilin qorunması ilə bağlı səlahiyyətləri mövcuddur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi