Yuxarı

Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Qeyd edək ki, sənədə əsasən Zərdabda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi