Prezident Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb
Daxili siyasət
3 Oktyabr , 2017 18:02
Prezident Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncanla Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi