Yuxarı

Prezident: “Ölkəmizin malik olduğu iqtisadi güc müstəqilliyimizi də gücləndirir”

Prezident: “Ölkəmizin malik olduğu iqtisadi güc müstəqilliyimizi də gücləndirir”
“Ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir”

Bakı. 8 fevral. REPORT.AZ/ “Gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı qeyri-neft sektoru ilə bağlıdır. 2018-ci il də sürətli inkişaf ili olacaq”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyev deyib.

Dövlət başçısı Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, həmçinin Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb: “Ölkəmizin malik olduğu iqtisadi güc müstəqilliyimizi də gücləndirir. Bizim ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Ölkəmiz bu yolla uğurla gedir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi