Prezident İlham Əliyev Balakən rayonuna səfərə gedib

Prezident İlham Əliyev Balakən rayonuna səfərə gedib Balakən Rayon İcra Hakimiyyətinin başçısı abadlıq-quruculuq işləri barədə məlumat verib
Daxili siyasət
3 Avqust , 2017 12:04

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gedib.

"Report" verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.

Son xəbərlər

Orphus sistemi