"Tovuz şəhəri Bakıdan uzaqda yerləşir. Amma Tovuz şəhərinin timsalında biz bu inkişafı görürük. Baxın, indi qazlaşdırmanın səviyyəsi 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su həmişə böyük problem olub. Artıq bir neçə ildir ki, Tovuz şəhərinin içməli su problemi öz həllini tapıb".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti
Dövlət başçısı bildirib: "Müasir xəstəxana, müasir dializ və diaqnostika mərkəzləri, idman kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən Aşıq Sənəti Dövlət Muzeyinin və xalça fabrikinin açılışlarında iştirak etmişəm. Bütün bunlar onu göstərir ki, ölkəmizin hər bir bölgəsi inkişaf edir".