Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti
“Report” xəbər verir ki, bu, dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi ilə bağlıdır.
Qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir: "Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər".
Qeyd edək ki, bir sıra hallarda Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Dəyişiklik həmin problemin aradan qaldırılması üçün edilib.