Yuxarı

Bakıda Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilir

Bakıda Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilir
“Dövlət qurumlarına ünvanlanan sualları ayrı-ayrı cavablandırmaq bir qədər çətin olardı”

Bakı.11 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mətbuat konfransı keçirilir.

“Report”un məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, mətbuat konfransını təşkil etməkdə məqsəd jurnalistləri maraqlandıran suallara cavab verməkdir: “Dövlət qurumlarına bəzi məsələlərlə bağlı suallar ünvanlanırdı. Bunları ayrı-ayrı cavablandırmaq bir qədər çətin olardı. Ona görə də belə bir mətbuat konfransı keçirməyə qərar verdik”.

Mətbuat konfransında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və gənclər və idman naziri Azad Rəhimov iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi