Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib - YENİLƏNİB

Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib - YENİLƏNİB Bakı. 31 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.
Daxili siyasət
31 Mart , 2018 17:07
Polis: Mitinqdə 1200-ə yaxın insan iştirak edib - YENİLƏNİB

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb.

İdarədən “Report”a daxil olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

"Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb", - məlumatda qeyd olunub. 


*** 15:30

Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) birgə mitinq keçirir.

“Report”un xəbərinə görə, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.

Son xəbərlər

Orphus sistemi