Petro Poroşenko İlham Əliyevə telefonla zəng edib

Petro Poroşenko İlham Əliyevə telefonla zəng edib Dövlət başçıları iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər
Daxili siyasət
12 Aprel , 2018 17:05
Petro Poroşenko İlham Əliyevə telefonla zəng edib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Petro Poroşenko İlham Əliyevi Prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın tərəqqisi və rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Petro Poroşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirərək əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyini əminliklə vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi