Yuxarı

Pərvanə Əhmədova müraciət yayıb: "Alooo, müxalifət, bəsdirin!" - VİDEO

Pərvanə Əhmədova müraciət yayıb: "Alooo, müxalifət, bəsdirin!" - VİDEO

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.

"Report"un xəbərinə görə, videomüraciətdə Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə yaymaqda ittiham edib.

O, heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, müxalifət düşərgəsinə özünəməxsus formada müraciət edib. O, müraciətində: “Alooo, müxalifət, bəsdirin! Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi