Yuxarı

Parisdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub - FOTO

​Parisdə 20 Yanvar qurbanlarının xatirəsi yad olunub
© Foto: "Report"

Qanlı 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Fransada yad olunub.

“Report”un Fransa bürosu xəbər verir ki, yanvarın 20-də Azərbaycanın Fransadakı səfirliyinin və Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anım mərasimi keçirilib.

Şəhidlərin ruhu bir dəqiqlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev və Azərbaycanın UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışıblar. Ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciəyə hüquqi və siyasi qiymətin verildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, qəhrəmanlarla daim fəxr edir.

Tədbirdə istedadlı pianoçu, milli və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə Azərbaycan və dünya bəstəkarlarının matəm musiqilərini ifa edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi