Oqtay Şirəliyev bələdiyyə seçkilərində səs verib

Oqtay Şirəliyev bələdiyyə seçkilərində səs verib Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.
Daxili siyasət
23 Dekabr , 2019 10:08
Oqtay Şirəliyev bələdiyyə seçkilərində səs verib

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bələdiyyə seçkilərində səsvermədə iştirak edib.

Nazir 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

Seçki məntəqəsinin sədri İmran Cəmiyev “Report”a bildirib ki, O.Şirəliyev Bakı vaxtı ilə saat 09:15 radələrində öz səsini verib.

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin seçici siyahısında 1320 nəfərin adı var. Səsvermə başlayandan indiyə qədər təqribən, 80 nəfər səs verib.

Bu məntəqədə 5 nəfər qeydiyyatdan çıxıb, 5 nəfər qeydiyyata düşüb. 18 yaşı yeni tamam olmuş seçicilərin sayı isə 10 nəfər təşkil edir.

Seçki prosesini yerli müşahidəçilər izləyirlər.

Xatırladaq ki, məntəqə Qərbi Kaspi Universitetinin binasında yerləşir.

Son xəbərlər

Orphus sistemi