“Yumşalma dövründə yoluxmaların sayında artım müşahidə olunsa da, ümumi proses idarə olunandır”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Qısa müddət ərzində ölkəmizdə aidiyyəti qurumlar təşkilati, tibbi, müalicəvi təcrübələr əldə edib. Çox böyük təcrübə toplamaq mümkün olub. Bundan başqa, aidiyyəti qurumlar ciddi maddi-texniki baza yaratmağa nail olublar", - İ.Məmmədov bildirib.