Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək.
Daxili siyasət
18 İyun , 2018 14:17
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
Report

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək.

“Report”un xəbərinə görə, iyunun 20-21-də keçirilməsi nəzərdə tutulan konfransın mövzusu “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” olacaq.

Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.

Son xəbərlər

Orphus sistemi