Yuxarı

Ombudsman: Bir sıra məhkəmə qərarları icra edilməyib

Ombudsman: Bir sıra məhkəmə qərarları icra edilməyib
İcra qurumlarının fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb.

"Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkklinin (Ombudsman) 2016-cı il üzrə İllik Məruzəsində əksini tapıb.

Məruzədə bildirilib ki, icra sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bir sıra icra qurumlarının fəaliyyətində ciddi nöqsanlar aşkar olunub. Ədliyyə Nazirliyi üzrə müvafiq əmrlərə əsasən, 2016-cı ildə 28 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 2 nəfər ədliyyə orqanlarından xaric edilib, 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər barədə materiallar isə Baş Prokurorluğa göndərilib. Məhkəmə qərarlarının icrası ilə bağlı 1 145, o cümlədən alimentin ödənilməsi üzrə 449 müraciət daxil olub. Aliment, əmlak və əmək haqqı üzrə borcun ödənilməsinə, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılmasına dair məhkəmə qərarlarının icra olunmaması ilə bağlı müraciətlər üzrə götürülmüş tədbirlər nəticəsində bir çox hallarda məhkəmə qərarlarının icrası təmin olunub, pozulmuş hüquqlar bərpa edilib. Aliment üzrə borcların kritik həddə çatdığı nəzərə alınaraq, borcluların sayının və borcların ümumi məbləğinin müəyyən edilməsi məqsədəuyğundur.

Qeyd edək ki, İllik Məruzə Milli Məclisə təqdim olunub, sənəd parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi