Yuxarı

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır

​Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halları artırılır

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması halları artırılır.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir.

Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi