Neftçalaya yeni icra başçısı təyin edildi - SƏRƏNCAM

Neftçalaya yeni icra başçısı təyin edildi - SƏRƏNCAM Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Daxili siyasət
5 Mart , 2020 14:10
0 : 00
0 : 00

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

1989-cu il təvəllüdlü M.Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi, "İrəli" İctimai Birliyinin sədridir. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Mirhəsən Seyidov
Mirhəsən Seyidov

Son xəbərlər

Orphus sistemi