Dövlət qulluqçusu işdən qovuldu

Dövlət qulluqçusu işdən qovuldu Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.
Daxili siyasət
23 Aprel , 2020 12:30
Dövlət qulluqçusu işdən qovuldu
Nazirlər Kabineti

Nazirlər Kabineti (NK) Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov işdən çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə NK məlumat yayıb. 

Məlumata görə, ölkə ərazisində koronavirus infeksiyasının (COVID -19) yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən onun işinə son verilib. 

Son xəbərlər

Orphus sistemi