Nazirlər Kabineti Aparatının sabiq rəhbərinə Prezidentin fərdi təqaüdü veriləcək

Nazirlər Kabineti Aparatının sabiq rəhbərinə Prezidentin fərdi təqaüdü veriləcək Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Daxili siyasət
5 Dekabr , 2018 16:50
Nazirlər Kabineti Aparatının sabiq rəhbərinə Prezidentin fərdi təqaüdü veriləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ağa-Bala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, A.Hacıyev 2003-cü ilin sentyabrından 2018-ci ilin dekabr ayına qədər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi