Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib

Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinə müdir təyinatı olub.
Daxili siyasət
10 Yanvar , 2020 18:18
Naxçıvan Ali Məclisinə yeni şöbə müdiri təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinə müdir təyinatı olub. 

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 10-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Gözəl Rəşadət qızı Şahməmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, G.Şahməmmədova bu təyinata qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi