Yuxarı

"Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları" haqqında Əsasnaməyə dəyişiklik olunub

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndinə (Milli arxiv fondunun komplektləşdirilməsi. 2.11. Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, ədliyyə, miqrasiya, fövqəladə hallar, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, habelə geodeziya və xəritəçəkmə, ekologiya və təbii sərvətlər, standartlaşdırma və metrologiya dövlət orqanlarının və Azərbaycan Milli Elmlər Akademiyasının arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla həmin təşkilatların özündə daimi mühafizə olunur ) “Azərbaycan Respublikasının” sözlərindən sonra “prokurorluq orqanlarının, habelə” sözləri əlavə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi