Yuxarı

Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib

​Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirilib

Müsavat Partiyasının qurultayı oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı - başqanlığa namizəd Arif Hacılı namizədlərin debatında deyib.

O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması üçün etdiyi müraciətə baxılıb.

Qurultayın oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə hazırkı başqan Arif Hacılı, partiya Divanının üzvləri - Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi