“Azərbaycanın qazandığı bütün bu uğurlar bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin müsbət beynəlxalq imicinin və uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə ayrı-ayrı media orqanlarında və sosial şəbəkələrdə vaxtaşırı Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə, bu cəhdlər əbəsdir”.
“Report” xəbər verir ki, bunu
“Azərbaycan xalqı öz taleyini böyük inamla etibar etdiyi ölkə rəhbəri
Əlbəttə, Azərbaycan cəmiyyəti belələrini dəstəkləmir, onların öz uğursuzluqlarını ört-basdır etmək üçün dövriyyəyə yalan məlumatlar buraxdıqlarını, anti-milli çağırışlar səsləndirdiklərini yaxşı bilir. Ümumiyyətlə, bu cür cəhdlər faydasız və nəticəsizdir, iflasa məhkumdur. Çünki Azərbaycanda xalq – lider birliyi mövcuddur, ölkəmizdə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Bütövlükdə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycan üçün çox mühüm nailiyyətlərlə zəngindir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir.” , - deyə Mübariz Qurbanlı bildirib.