Yuxarı

MSK-ya 2017-cı il üzrə maliyyə hesabatını təqdim edən partiyaların sayı 20-yə çatıb

MSK-ya 2017-cı il üzrə maliyyə hesabatını təqdim edən partiyaların sayı 20-yə çatıb
© Report

Bakı. 7 mart. REPORT.AZ/ İndiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) 2017-cı il üzrə maliyyə hesabatını 20-yə yaxın partiya təqdim edib.

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, proses davam edir.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi