MSK sədri parlament seçkilərində iştirak etmək istəyən şəxslərə müraciət edib

MSK sədri parlament seçkilərində iştirak etmək istəyən şəxslərə müraciət edib Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər.
Daxili siyasət
8 Yanvar , 2020 17:21
MSK sədri parlament seçkilərində iştirak etmək istəyən şəxslərə müraciət edib
Məzahir Pənahov / Report/Elchin Murad

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına təqdim etməlidirlər".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədliyin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına təqdim edilməsi müddətinin bitməsinə az vaxt qalıb: “Bütün namizədlər imza vərəqələrini vaxtında dairə seçki komissiyalarına geri qaytarsınlar. Artıq sənədlərin təqdim edilməsi üçün iki gün vaxt qalıb. Yanvarın 10-u saat 18:00-da imza vərəqələrinin dairə seçki komissiyalarına geri qaytarılması vaxtı bitir. Bundan sonra isə yanvarın 17-dək dairə seçki komissiyaları təqdim edilmiş sənədlərə baxıb namizədliyin qeydə alınması ilə bağlı müvafiq qərarlar qəbul edəcək”.

Son xəbərlər

Orphus sistemi