Yuxarı

Daha üç məntəqənin nəticələri etibarız sayıldı

​MSK daha üç məntəqənin nəticələrini etibarız saydı

868

© Report / Elchin Murad — Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Fikrət Cəfərli və digərlərinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər seçkinin nəticələrinin etibarsız sayılmasını tələb ediblər: “Araşdırma üç istiqamətdə davam etdirilib. Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində seçkilərin iradəsini müəyyən etməyən hallar baş verib. Bu da həmin məntəqələr üzrə nəticələrin etibarsız sayılmasına şərait yaradır”.

İclasda həmin dairənin üç seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi