Yuxarı
    Bağlamaq

    Mingəçevirin sabiq icra başçısı vəfat edib

    Mingəçevir. 25 dekabr. REPORT.AZ/ Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Məhəbbət Qarabağlı vəfat edib.

    "Report"un yerli bürosunun məlumatına görə, Məhəbbət İsmayıl oğlu Qarabağlı uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

    Xatırladaq ki, M.Qarabağlı 1941-ci il mayın 5-də Gürcüstan respublikasının Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olub. İxtisasca müəllim olan M.Qarabağlı 1999-cu ildən 2005-ci ilə qədər Mingəçevir şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Bakı şəhər Baş Təhsil İdarəsinə rəisi, 2006-cı ildə yeni yaradılmış Bakı şəhər üzrə Təhsil İdarəsinin müdir müavini təyin edilib və uzun müddət bu vəzifədə çalışıb.

    "Qızıl qələm" media mükafatı laureatıdır. Müxtəlif illərdə qurultaylara nümayəndə seçilib.

    İki oğlu, bir qızı və altı nəvəsi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi