Prezident Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayırıb

Prezident Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayırıb Prezident İlham Əliyev Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında sərəncam imzalayıb.
Daxili siyasət
25 Dekabr , 2019 17:56
Prezident Mingəçevirdə avtomobil yollarının əsaslı təmirinə 2,5 milyon manat ayırıb

Prezident İlham Əliyev "Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi