Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan idarənin rəisi bildirib ki, Azərbaycan Prezidenti
Sonra çıxış edən Çingiz Qənizadə Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti, habelə onun inkişaf tarixi barədə ətraflı məlumat verib. O, Ümummilli lider
Daha sonra çıxış edən deputat Fəzail İbrahimli şanlı Azərbaycan bayrağının keçdiyi tarixi yol barədə polisləri məlumatlandırıb. O, çıxış edərək bildirib ki, özünü 1918-1920-ci illərdə var olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi hesab edən müasir müstəqil Azərbaycan Respublikası o zaman xalqımızın yaratdığı üçrəngli bayrağa yenidən sahib çıxaraq onu ucaldıb və dövlət bayrağı kimi qəbul edib. Deputat qeyd edib ki, bu bayraq ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə o, Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Fəzail İbrahimli sonda bildirib ki, Azərbaycan xalqının milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bu ölkənin hər bir vətəndaşının qürur və and yeridir.
Tədbirin sonunda bir daha çıxış edən idarənin rəisi Nuşirəvan Səfərov həm Konstitusiyamız, həm də bayrağımız haqqında geniş, eləcə də dolğun məlumat verdiklərinə görə hər iki millət vəkilinə şəxsi heyət adından təşəkkürünü bildirib.