Məzahir Pənahov: "Bəzi məntəqələrdə veb-kameraların işləməməsi barədə məlumatlar əsassızdır"

Məzahir Pənahov: "Bəzi məntəqələrdə veb-kameraların işləməməsi barədə məlumatlar əsassızdır" Bəzi seçki məntəqələrində veb-kameraların işləməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır.
Daxili siyasət
23 Dekabr , 2019 14:56
Məzahir Pənahov: Bəzi məntəqələrdə veb-kameraların işləməməsi barədə məlumatlar əsassızdır
Məzahir Pənahov / Report / Elchin Murad

"Bəzi seçki məntəqələrində veb-kameraların işləməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, Azərbaycandan kənarda yaşayan bloqqerlərdən biri ictimaiyyətə belə bir məlumat verib və məsələ aydınlaşdırılıb: "Səhv etmirəmsə, həmin kameranın istifadəsi ilə bağlı istifadəçinin problemi olub. Həmin kameralar istifadə olunmadan əvvəl sistem yenilənməlidir".

M.Pənahov vurğulayıb ki, hazırda 1000 məntəqədə veb-kamera var: "Yoxlamaq olar, onların hamısı işlək vəziyyətdədir. Özüm şəxsən onların əksəriyyətini yoxlayıram. Amma bundan MSK-nın fəaliyyətinə kölgə salmaq üçün istifadə edilməyə çalışılıb. Vətəndaşlar sağ olsun ki, özləri bu məlumata operativ reaksiya veriblər".

Son xəbərlər

Orphus sistemi