Yuxarı

Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib

Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.

"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi