Yuxarı

“Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatı keçirilib

“Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatı keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barəsində yazdığı “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı Azərbaycan, rus, ingilis və fransız dillərində kitabının təqdimatı keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, Leyla Yunus hər zaman Azərbaycana qarşı satqınçılıqla məşğul olub. Deputat deyib ki, Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: “Kitabda Leyla Yunusun iç üzü tam aydın göstərilib, onun Azərbaycana qarşı xəyanəti, satqınçılığı qabarıqlığı ilə əks olunub”. 

Təqdimatda çıxış edən Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Leyla Yunus ermənidən daha betərdir. O deyib ki, Leyla Yunus tək deyil, bu gün Azərbaycanda çoxlu sayda ona bənzərlər var: "Xarici dairələr həmişə Azərbaycanda Leyla yunuslar yetişdirməyə çalışıb. Biz yeni Leyla yunusların yetişməməsi üçün həssas olmalılıyıq. Belələri Azərbaycana qarşı ermənidən daha betərdir”.

Tədbirdə çıxış edən digər iştirakçılar da Leyla Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınçılığından danışıblar. Qeyd olunub ki, Leyla Yunus həmişə xarici dairələrin, erməni lobbisinin əlində alət olub, Azərbaycana qarşı istifadə olunub. Bildirilib ki, Leyla Yunus öz çirkin əməlləri ilə ölkəmizə zərbə vurmağa çalışıb. L.Yunus hər zaman öz maraqlarını hər şeydən üstün tutub, hüquq müdafiəçisi adı altında varlanmağa çalışıb. Onun üçün vətən, hüquq anlayışları sadəcə pul qazanmaq üçün bir vasitə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi