Lənkəranda 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə görüş keçirilib - FOTO

Lənkəranda 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə görüş keçirilib - FOTO Görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb
Daxili siyasət
19 Yanvar , 2017 18:08
Lənkəranda 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri ilə görüş keçirilib - FOTO

Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri və əlilləri ilə görüş keçirilib.

"Report"un məlumatına görə, ümumxalq hüzn günü olan 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Azərbaycanın hər yerində olduğu kimi Lənkəran şəhərində də anım mərasimləri, xatirə tədbirləri keçirilir. 

Bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri və əlilləri ilə görüş keçirilib. Görüş Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra icra başçısı Taleh Qaraşov görüşü açaraq 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu, bu hadisələr zamanı həlak olan insanların əsil vətənpərvərlər olduğunu diqqətə çatdırıb. 

O qeyd edib ki, 20 Yanvar faciəsi baş verərkən Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev  Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedib və bəyanatla çıxış edib: "Ulu öndər Heydər Əliyev bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar faciəsində şəhid olanların ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daima yaxşılaşdırılıb".

Görüşdə çıxış edən şəhid ailə üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə  və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü şəhid ailələrinə müvafiq yardımlar olunub.

Son xəbərlər

Orphus sistemi