Yuxarı

Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu

​Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu

551

Kürdəmirdə karantin rejimini pozan rayon sakinləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar karantin rejiminə əməl etməyən bəzi vətəndaşlar polis tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gün ərzində mütəmadi reydlər həyata keçirir və karantin qaydalarına riayət etməyənləri inzibati qaydada cərimə edirlər. Təkcə bu gün ərzində polis şöbəsinin əməkdaşları 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq edib. Onlardan 17 nəfəri barəsində inzibati qaydada 100 və 200 manat məbləğində cərimə, 2 nəfəri barəsində isə inzibati həbs tətbiq olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi