Yuxarı

İnam Kərimov ASAN Xidmətin sədri vəzifəsində azad edilib

İnam Kərimov ASAN Xidmətin sədri vəzifəsində azad edilib
Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb
© Report

Bakı. 21 aprel. REPORT.AZ/ İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi