İllik maliyyə hesabatını ağ kağız kimi təqdim edən partiyaların məsələsi Milli Məclisdə qaldırılıb

İllik maliyyə hesabatını ağ kağız kimi təqdim edən partiyaların məsələsi Milli Məclisdə qaldırılıb Siyavuş Novruzov: “Bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədirlər”
Daxili siyasət
1 Fevral , 2017 12:46
İllik maliyyə hesabatını ağ kağız kimi təqdim edən partiyaların məsələsi Milli Məclisdə qaldırılıb

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən, o cümlədən hesabatları yalnız ağ kağız olan partiyaların məsələsini parlamentdə qaldırıb.

“Report”un xəbərinə görə, S.Novruzov deyib ki, bəzi siyasi partiyalar maliyyə əməliyyatlarını gizlədirlər: “Hansı ki, həmin partiya sədrləri cangüdənlə gəzirlər. Bəs, o cangüdənlər hansı pulla maliyyələşdirilir? Onlar hava ilə dolanmır ki? Bununla bağlı Milli Məclis tədbir görməlidir, qərar qəbul etməlidir”.

Son xəbərlər

Orphus sistemi