Yuxarı

Səbail Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub

İcra başçısı şöbə müdirini işdən çıxardı- - Səbaildə

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri Maşallah Ələkbərov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov əmr imzalayıb.

V.Zeylanovun imzaladığı digər əmrlə icra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Suğra Məmmədova təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu ilin oktyabrın 30-da imzaladığı sərəncama əsasən, Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi