​Bakıda yanan binada yaşayan ailələrin hər birinə 20 min manat dövlət yardımı veriləcək

​Bakıda yanan binada yaşayan ailələrin hər birinə 20 min manat dövlət yardımı veriləcək Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat məbləğində vəsait ayrılıb
Daxili siyasət
21 May , 2015 18:23
​Bakıda yanan binada yaşayan ailələrin hər birinə 20 min manat dövlət yardımı veriləcək

Bakı. 21 may. REPORT.AZ/ Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılması barədə sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq verilib.

Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyənləşdirilib.

Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb.

Bu sərəncamda göstərilən məsələlərin həlli və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, sərəncamı baş nazirin müavini, müvafiq Dövlət Komissiyasının sədri Abid Şərifov imzalayıb.

Son xəbərlər

Orphus sistemi