Hakimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr ediblər

Hakimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr ediblər Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edir.
Daxili siyasət
24 Mart , 2020 18:28
Hakimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr ediblər

Hüquq ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal dəstək göstərərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr edir.

Bu barədə “Report”a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Məhkəmə-Hüquq Şurası, Hakim assosiasiyaları, apelyasiya və birinci instansiya məhkəmələrinin hakimləri də bu nəcib təşəbbüsə qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 550 min manat məbləğində vəsaitin köçürülməsini qərara alıblar.

Hakimlər hər kəsin yüksək sosial məsuliyyət göstərməsinin, epidemiyanın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə dəstək verməsinin vacibliyini bəyan ediblər. 

Son xəbərlər

Orphus sistemi