Hacıbala Abutalıbov: “Badamdar sürüşmə zonasında gərginlik azalmayıb”

Hacıbala Abutalıbov: “Badamdar sürüşmə zonasında gərginlik azalmayıb” Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bakı şəhəri, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb”.
Daxili siyasət
15 Oktyabr , 2018 16:04
Hacıbala Abutalıbov: “Badamdar sürüşmə zonasında gərginlik azalmayıb”
Baş nazirin müavini Hacıbala Abutalıbov / Report
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bakı şəhəri, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb”.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

O qeyd edib ki, həmin ərazidə olan 11 evin 8-nin divarındakı çatlar böyüyüb: “Bilirsiniz ki, həyətlərdə çatlar var, hamısına mayaklar qoyulub. Ərazidə çökmə də var”.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə yaşayan sakinlər çıxarılıb: “Əsas işimiz insanların köçürülməsi idi. Ərazinin su, elektrik və qaz təchizatı tamamilə dayandırılıb. Çalışırıq ki, gərginlik azalmasa da, artmasın. Ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Bunun nəticəsidir ki, suyun səviyyəsi 232 metrdən 64 metrə enib. Amma bu, sünidir, nasosların fəaliyyətini dayandırsaq, yenidən suyun səviyyəsi qalxacaq”.

Qeyd edək ki, Badamdarda bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi